menu
person

Şəmkirdə piyadanı avtomobil vurub

Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

Yolu keçmək istəyən Ülvi Kamranlını avtomobil vurub. Yaralı dərhal xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Kateqoriya: CİNAYƏT / HADİSƏ | Əlavə etdi: sbeyverdi (09.03.2020)
Baxılıb: 33 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
avatar