Şabran sakini dəm qazından boğulub
Şabranda 46 yaşlı kişi dəm qazından boğulub. APA-nın məlumatına görə, hadisə Ağbaş kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Müşfiq Quliyev əmisi oğluna məxsus evin həyətindəki hamamda dəm qazından boğulub ölüb. Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci( Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. | |
|
| |
| Baxılıb: 54 | |
| Bütün şərhlər: 0 | |