Türkiyə də İranla sərhədi bağladı
Türkiyə koronavirus təhlükəsi səbəbindən İranla sərhədini bağlayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Qapıköy və Əsəndərə nəzarət-buraxılış məntəqələri bağlanıb. Qərarın Novruz bayramı ərəfəsində İrandan Türkiyənin Van əyalətinə turist axınının qarşısını almaq fonunda qəbul edildiyi bildirilir. Qeyd edək ki, İranda 43 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 8-i ölümcüldür. İndiyədək isə 6 nəfər Covid-19-dan dünyasını dəyişib. Onu da qeyd edək ki, koronavirus təhlükəsi səbəbindən Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində məhdudiyyətlər tətbiq edilib. | |
|
| |
| Baxılıb: 44 | |
| Bütün şərhlər: 0 | |
